Çərşənbə axşamı, 14 May

Bakıda faciəli şəkildə ölən qızlar nazirliyin əməkdaşının övladlarıdır – YENİLƏNİB \FOTO

image

Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.

Xəbər verilir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.

01:02

Xəzər dənizinin Nardaran qəsəbəsi hissəsində iki bacı boğulub.

Xəbər verilir ki, dənizdə batan bacılardan Ayselin 17, Aysunun isə 15 yaşı olub.

Böyük bacının meyiti artıq dənizdən çıxarılıb, balaca bacının axtarışları hələ davam edir.

Qeyd edək ki, Aysel bu il yüksək balla universitetə qəbul olubmuş. Onların atası hərbçi, anası evdar qadındır. Ailə 4 nəfərdən ibarət olub.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00